Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edəcək


09:18     03 Fevral 2020 vilayet.jpg

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 29-da Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 839