Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edilib


09:22     03 Fevral 2020 hebs_58.jpg

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə yanvarın 30-da Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs saat 16:50 radələrində F.Yusifov küçəsində Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N. Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. E. İbrahimov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 596