Gecə klubunda narkotik satan şəxsi saxlayıb
09:39 03 Fevral 2020
Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.
Femida.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ. Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.
Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Rzayevə narkotik maddəni satan R. Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.
Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib.
Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- Gecə klubunun icarədarı 4000 manat cərimələnib
- Gecəyarı kafeyə gedənlər cərimələndi
- Gecə saatlarından yağan yağış Gəncədə fəsad törədib
- Gecə və səhər yollar buz bağlayacaq - PROQNOZ
- Gecə Kəlbəcərdən çıxan sonuncu ermənilər (VİDEO)
- Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
- Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO
- Gecə ərzində gərgin döyüşlər davam edib
- Gecə bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib - VİDEO
- Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib