Mənzildə əcnəbi vətəndaşın meyiti tapılıb


10:09     03 Fevral 2020 meyit.PNG

Bakıda əncəbi vətəndaşın yaşadığı mənzildə meyiti tapılıb.

Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən yaşayış binasında qeydə alınıb.

Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Aggarwar Akansh Arun Kumar oğlunun meyiti yaşadığı mənzildən tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 679