Bakıya qonaq gələn Çin vətəndaşını soydular


10:11     03 Fevral 2020 masin%20ogurluq.jpg

Bakıda Çin vətəndaşının pulu və qızıl əşyası oğurlanıb.

Femida.az-ın məlumatına görə, Bakı şəhər sakini Rövşən Piriyev Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, təxminən 1 aya yaxındır evində qonaq olan Çin Xalq Respublikasının vətəndaşı, 1972-ci il təvəllüdlü Aerziquli Halili ilə birlikdə özünə məxsus "Kia Optima" markalı avtomobillə Şərifli küçəsində yerləşən idman zalına gedib.

İdman zalından çıxan zaman avtomobilinin yan şüşəsinin sındırıldığını və Çin vətəndaşına məxsus 400 manat pulun və qızıl qolbağın oğurlandığını aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 732