Mingəçevirdə qəza 1000 evi qazsız qoydu


11:54     03 Fevral 2020 2020/02/15807-1580715793_1580716500.jpg

Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 millimetr olan qaz xətti zədələnib.

“Azəriqaz”dan Femida.az-a verilən məlumata görə, qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb.

Hazırda birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 651