Xocavənddə avtomobilin vurduğu piyada xəstəxanada ölüb


12:15     03 Fevral 2020 xestexana_01254.jpg

Xocavənd rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində rayonun Yeni Xocavənd qəsəbəsi ərazisində rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri Natiq Əlizadəni və İ.Hacızadəni vurub.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 508