72 tələbə köçürülmək və ixtisas dəyişdirmək istəyir
12:47 03 Fevral 2020
Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bugünədək 72 nəfər köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib.
Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.
Femida.az
Oxunub: 579
Oxşar xəbərlər
- 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb
- 72 yaşlı nazir bıçaqlandı - 2 nəfər saxlanıldı
- 72 sayğac oğurlayan şəxs tutuldu
- 72 gün dostlarını yeyərək sağ qaldılar - Qəzaya uğraya təyyarədə qorxunc hadisə
- 72 yaşlı nənəni qızları və nəvələri döyüb xəstəxanalıq etdi
- 72 yaşlı kişini intim münasibət vədi ilə aldadıb pulunu aldılar - Polis qadınları axtarır
- 72 şəhid ailəsi və müharibə əlilinə ev verilib
- 72 məhkum ombudsmanın vəsatəti ilə əfv olundu
- 72 yaşlı kişi mağazadan şokolad oğurayarkən tutuldu
- 72 yaşlı kişi özünü asdı - Xızıda İNTİHAR