Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar


13:29     03 Fevral 2020 20_02_03_1580722230.jpg

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar.


Bununla bağlı Rusiya Baş Naziri Mixail Mişustin hökumət üzvləri ilə keçirdiyi əməliyyat müşavirəsində göstəriş verib.

M. Mişustin bu addımın infeksiya ilə milli mübarizə planına daxil olduğunu qeyd edib.

"Koronavirus təhlükəli xəstəliklər siyahısına daxil edilib. Bu, əcnəbi vətəndaşlarda belə bir xəstəlik aşkarlanacağı təqdirdə onların deportasiyasına imkan verəcək. Eyni zamanda təcrid və karantin daxil olmaqla xüsusi məhdudlaşdırıcı tədbirlər görüləcək”, - deyə Baş Nazir vurğulayıb.

Açar sözlər:

Oxunub: 623