Ağcabədidə traktor piyadanı vurdu


14:00     03 Fevral 2020 traktor%20meyit.jpg

Ağcabədidə traktor piyadanı vuraraq öldürüb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi "MTZ-80" markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Ağcabədi Rayon polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 642