Keçmiş məhkum bu dəfə narkotikə görə saxlanıldı


14:07     03 Fevral 2020 20_02_03_1580724495.jpg


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini Ə.Hüseynov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 551