“Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb - YENİLƏNDİ


15:28     03 Fevral 2020 2020/02/a1ee2c1f-e572-409f-b539-685ad3b383a1_1580729327.jpg

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) İstanbulda saxlanılıb.


Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

Femida.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 3312