Salyanda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
21:33 03 Fevral 2020

Salyan rayonunda mal-qara oğrusu saxlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Şirvan şəhər sakini Abbasov Nicat Miraslan oğlu işlətdiyi “Dokto” MMC-yə məxsus aptekdən 585 manat məbləğində pul oğurlandığı barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Bununla bağlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayonunun Peyk kənd sakini, 1992-ci il təvəllüdlü Eyvazlı Tahir Valeh oğlu saxlanılıb. İlkin istintaq zamanı törətdiyi cinayəti etiraf edən T.Eyvazlının digər oğurluq əməlləri də müəyyən edilib. Belə ki, onun atasına məxsus 2 baş xırdabuynuzlu heyvanı və 3 kənddən müxtəlif vaxtlarda 25 baş xırdabuynuzlu heyvan və bir evdən qızıl-zinət əşyalarını oğurladığı da aşkarlanıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir.
Oxunub: 683
Oxşar xəbərlər
- Salyanda avtomobil piyadanı vuraraq öldürüb
- Salyanda nişan mərasimi keçirənlər cərimələnib - VİDEO
- Salyanda ana doğuşdan sonra öldü
- Salyanda restorandan 3 min manatlıq oğurluq edilib
- Salyanda gənc qız sirkə turşusu içib
- Salyanda sahibsiz itlər 10 baş xırdabuynuzlu heyvanı parçaladı
- Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib
- Salyanda şəhid dəfn olunub
- Salyanda məktəb direktoru koronavirusdan vəfat edib
- Salyanda şəhid atası dünyasını dəyişib