Çindən gələn Azərbaycan vətəndaşının hərarəti normadan yüksək olub - RƏSMİ


09:36     04 Fevral 2020 2020/02/822824_1580794744.jpg

Azərbaycan Resbublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Femida.az xəbər verir ki, birgə məlumatda deyilir:

"Bu gün üçün KTM-in yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib. Onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Xəstəxanaya yerləşdirilən daha bir nəfər Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur".

Femida.az

Açar sözlər:

Oxunub: 728