Vəkillərə dövlət tərəfindən xidmət haqları nağdsız şəkildə ödəniləcək
09:43 04 Fevral 2020
Azərbaycanda müdafiəçilərə (vəkillərə) göstərdiyi xidmətlərə görə haqlar Vəkillər Kollegiyası tərəfindən nağdsız qaydada ödəniləcək.
Femida.az-ın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarda dəyişiklik edib.
Qərarın indiyə qədər olan variantına əsasən, bu qərarla müəyyən edilən məbləğlər vəkilin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir.
Yeni qərarda isə göstərilir ki, bu qərarla müəyyən edilən məbləğlər vəkilin təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödəniləcək.
Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilib.
Femida.az
Oxunub: 1203
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM