Yanvarda 18 nəfər qidadan zəhərlənib


10:02     04 Fevral 2020 20_02_04_1580796288.jpg


2020-ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub.


Agentlikdən Femida.az-a veriən mılumata görə, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 672