Keçmiş məhkum oğurluq edərkən yaxalanıb


10:56     04 Fevral 2020 publika.az1445323482hebs.jpg

Hacıqabulda əvvəllər məhkum olunmuş şəxslər oğurluq ediblər.


Femida.az-ın xəbərinə görə, fevralın 3-də Hacıqabul Elektrik şəbəkəsindən polis şöbəsinə müraciət edilərək rayonunun Atbulaq kəndi ərazisində yerləşən yarımstansiyadan dəmir künclüklərin oğurlanması barədə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini başa çatdıra bilməyən Hacıqabul rayonu Atbulaq kənd sakinləri - 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rüstəmov İslam Pərvaz oğlu və 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Güləliyev Tural Nizam oğlu olduğu müəyyən edilib. İ.Rüstəmov oğurluq anında saxlanılsa da, hadisənin digər iştirakçısı hadisə yerindən qaça bilib.

İslam Rüstəmov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 20,379 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 609