Yol qəzalarında 3 nəfər öldü


11:46     04 Fevral 2020 qeza_yeni%20altinda%20qalib.jpg


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, fevral ayının 3-də törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 519