Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır - Qurban Yetirmişli
12:13 04 Fevral 2020
Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində 550-560 zəlzələ baş verib.
Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "2020-ci il Elazığ və Malatya zəlzələləri: tektonik və geodinamik analiz" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar qeydə alınır.
Q.Yetirmişli əlavə edib ki, yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib:
"Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib. Şansımız gətirib ki, Mingəçevirdə də zəlzələ dərində olub, bir az dayazda olsaydı, orada böyük fəsadlar törədərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. Bu vaxtadək bu məsələ qaldırılsa da, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki Mingəçevir su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də su hövzəsinin içində olub".
Femida.az
Oxunub: 2236
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevir sakinləri narkotikin təsiri altında mağazalardan oğurluq edib
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevir sakini dəm qazından zəhərlənib
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb