Dənizdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edildi
14:19 04 Fevral 2020
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, fevralın 3-də sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsəbəsindən 8,1 mil məsafədə 2 (iki) nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayıq müşahidə olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilmiş xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınıb və sааt 15:10 rаdələrində qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.
Femida.az
Oxunub: 583
Oxşar xəbərlər
- Dənizdə köməksiz qalan iki nəfər xilas edildi
- Dənizdə külək enerjisi potensialına dair yol xəritəsi hazırlanır
- Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas olunub
- Dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib
- Dənizdə batan 5 nəfər xilas edilib
- Dənizdə batan 11 nəfər xilas edildi - VİDEO
- Dənizdə batan şəxsin meyiti çıxarılıb
- Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilibdi
- Dənizdə daha bir nəfər batdı
- Dənizdə küləyin sürəti 37 m/s-yə, dalğanın hündürlüyü 7.5 m-ə çatacaq