Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirildi


15:26     04 Fevral 2020 2020/02/e11612b5-773c-47be-9c92-14f67f4460f3_1580815622.jpg

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Sartiçala kəndinin mərkəzində etiraz aksiyası keçirilib.


Aksiyaçılar illərdir kəndin içməli su ilə təmin olunmamasına etirazlarını bildiriblər.

Kənd sakinləri deyiblər ki, onlar texniki sudan içməli su kimi istifadə etmək məcburiyyətində qalıblar. Onlar kənddə iki həftədir suyun olmadığını deyiblər.

Sakinlərin sözlərinə görə, içməli su problemi həll edilməsə, aksiyaları davamlı olaraq keçirəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 530