Binəqədidə mebel sexi yanıb


18:30     04 Fevral 2020 20_02_04_1580820651.jpg

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumatına görə, ümumi sahəsi 1000 kv.m olan mebel sexinin ərazisində tutumu 5 ton olan dəmir konstruksiyadan ibarət bunkerin içərisinə yığılan taxta yonqarı yanıb.

Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 848