46 aviaşirkət Çinə uçuşları dayandırdı


19:15     04 Fevral 2020 2020/02/1580803016_1580820988.jpg

bu günə qədər 46 əcnəbi aviadaşıyıcı şirkətin Çinə uçuşları dayandırdığı açıqlanıb.

Bu barədə Çinin mülki aviasiya idarəsi məlumat verib.

“Yeni növ koronavirusun yayılmasının təsiri altında beynəlxalq aviasiya bazarında tələb kəskin şəkildə aşağı düşdü, bir sıra ölkələr Çin vətəndaşlarının giriş və çıxışlarına məhdudiyyətlər qoydular. Bu günə qədər 46 xarici aviaşirkət və materik Çinə uçuşların dayandırıldığını elan edib”, - deyə idarənin məlumatında bildirilib. Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Vuhanda naməlum sətəlcəm xəstəliyi haqqında məlumat verib. Mütəxəssislər xəstəliyin törədici maddəsini - koronavirus 2019-nCoV müəyyənləşdiriblər. Ümumdünya Səhiyyə Təşkilatı baş verən hadisəni beynəlxalq təhlükə kimi tanıyıb. Çində koronavirusa yoluxanların sayı artıq 20,4 min nəfəri keçib, 425 nəfər ölüb. Çindən kənarda təxminən 150 nəfər xəstələnib, onlardan biri ölüb

Femida.az

Açar sözlər:

Oxunub: 763