İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi


17:20     04 Fevral 2020 2020/02/mirzakhanova_elvira_040220_1580822002.jpg

İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.

Femida.az-ın məlumatına görə, 1989-cu ildə Bakıda anadan olan Elvira Mirzəxanova terror təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilir. Rusiya vətəndaşı olan azərbaycanlı qadın barədə cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə qərarı ilə E.Mirzəxanova barəsində həbs qətimkan tədbiri seçilib. İnterpol həmin qərar əsasında axtarış elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 928