Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cərimələndi
10:18 05 Fevral 2020
Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb.
Femida.az xəbər verir ki, icra məmurunun tələbini yerinə yetirməməyə görə, V.Abdullayevə 2000 manat cərimə yazılıb.
Məhkəmə V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilib.
Məhkəmə işi ilə bağlı əlavə detallar açıqlanmır.
Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun İcraçı direktorunun müavini Vüqar Abdullayev icraçı direktor vəzifəsini icra edir.
Oxunub: 750
Oxşar xəbərlər
- Əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən azalıb
- Əmanətlərin sığortalanması ilə bağlı dəyişikliklər edildi
- Əmanətlərin sığortalanması üzrə kompensasiyanın artırılması I oxunuşdan keçdi
- Əmanətlərin tam sığortalanması müddətinin artırılması I oxunuşdan keçdi
- Əmanətlərin sığortalanması ilə bağlı strategiya hazırlanıb
- Əmanətlərin sığortalanması ilə bağlı qərar verildi
- Əmanətlərin qaytarılmasına iyunun 16-da başlanılacaq
- Əmanətlərin Sığortalanması Fonduna İcraçı direktoru təyin edilib
- Əmanətlərin tam sığortalanması müddətinin uzadılması barədə qanun layihəsi qəbul edilib
- Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat