Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı müsabiqə davam edir


13:42     05 Fevral 2020 20_02_05_1580895461.jpg

Ədliyyə Nazirliyinin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə ərizələrin qəbulu davam edir.

Femida.az xəbər verir ki, bununla əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən və Nazirliyin göstərilən yerli ədliyyə sahələrində işləmək istəyən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.
Arzu edənlər Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Femida.az

Açar sözlər: #ƏDLİYYƏ  

Oxunub: 1487