Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb


13:43     05 Fevral 2020 2020/02/dgk_siqaret_050220__(1)_1580895872.jpg

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baxış zamanı həmin mənzilin yataq otağından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 46100 ədəd müxtəlif markalı siqaretlər, mənzilin eyvanından isə 25 ədəd hər biri 1 litr olmaqla müxtəlif markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 631