“Mercedes” aşdı: sürücünün oğlu öldü


14:51     05 Fevral 2020 qeza_yeni.jpg

Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 4-də saat 11 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilib. Sərnişin orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 565