Ərdoğan üzr istəməsə, Putin görüşməyəcək - Rəsmi açıqlama


22:49     27 Noyabr 2015 er1.jpg


Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Putinin Türkiyə dövlət başçısının telefonlarına cavab verməməsinin səbəbini açıqlayıb.

Femida.az xəbər verir ki, Uşakov buna Ankaranın Rusiyaya aid Su-24 təyyarəsini vurduğu üçün üzr istəməməsini əsas gətirib:

“Biz Türkiyə tərəfinin təyyarə ilə bağlı insidentə görə elementar üzrxahlıq etməyə hazır olmadığını görürük”.

Uşakov həmçinin Putinin son iki gündə Ərdoğan tərəfindən edilən zənglərlə bağlı məlumatlandırıldığını bildirib.

Açar sözlər:

Oxunub: 1507