Vəkilə ödəniş qaydasında YENİLİK


15:35     05 Fevral 2020 vekil.jpg

Nazirlər Kabineti müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödəniş qaydasını yeniləyib. Novator.az bildirir ki, dəyişikliyə görə, məbləğləri müdafiəçinin (vəkilin) hesabatına uyğun olaraq məhkəmə qərarı əsasında Vəkillər Kollegiyası nağdsız qaydada ödəyir.


Yenilik 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Vəkili dövlətin tutduğu hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilib.

Cinayət mühakimə icraatı zamanı tərcüməçinin gördüyü işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə hər iş saatı üçün 0,35 manat nəzərdə tutulur. Mütəxəssis və ya ekspert üçün də ödəniş hər iş saatı üçün 0,35 manatdır.

Femida.az

Açar sözlər:

Oxunub: 824