Ədliyyə nazirinin müavini Şəmkirdə vətəndaşları qəbul edib


17:44     05 Fevral 2020 20_02_05_1580910359.jpg

Dövlət başçısının göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 5-də ədliyyə nazirinin müavini Vilayət Zahirov Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram bildirilib.

Femida.az xəbər verir ki, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir müavini yerli ədliyyə orqanlarının işi ilə tanış olub, ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilərək Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, onun icrası üzrə görülmüş işlərə toxunulub, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, onlarla sayğı ilə davranılması, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 861