Vasif Talıbov maaşları artırdı


21:14     05 Fevral 2020 naxcivan_nmr_ali_meclis_mushavire_vasif_talibov_1%20(1)%20(1)2.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 5-də “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 824