Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi


15:13     06 Fevral 2020 2020/02/IMG_2FEEFD-BE0162-FB40E2-225278-99F91B-D682D1_1580987727.jpg


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Femida.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön oturacaqlarında və vətəndaşın üzərində gizlətdiyi 12 ədəd "Apple İphone 11", 4 ədəd "Apple İphone 11 Pro" markalı mobil telefonlar aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 578