Nəcməddin Sadıkov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb


16:37     06 Fevral 2020 2020/02/1580991758308_F2M6YB02_1580992685.jpeg

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşüb.


Femida.az-ın xəbərinə görə, N. Sadıkov rusiyalı həmkarı ilə beynəlxalq və regional təhlükəsizlik problemlərini, eləcə də Xəzər dənizində müdafiə nazirliklərinin əməkdaşlığı daxil olmaqla iki ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, V. Gerasimovu bu gün Azərbaycan Prezidenti Ilham Əliyev də qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 861