Lerik meşəsini qıranlar tapıldı


16:42     06 Fevral 2020 2020/02/4fce0f64-781b-4498-9a1a-1adf6e12fdcd_1580992990.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.


Femida.az xəbər verir ki, nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı fevralın 5-i gecə saat 5 radələrində "QAZEL" markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 819