70 yaşlı qadın evində ölü tapılıb


18:56     06 Fevral 2020 20_02_06_1580993829.jpg

Bakıda mənzildə meyit tapılıb.


Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 889