"Bıçağın üstünə yıxılmışam" deyən qadının yalanı üzə çıxdı - MƏHKƏMƏ


17:54     06 Fevral 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Şəkidə arvadını bıçaqlamaqda təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın report-a istinadən veridyi xəbərə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında baş verib.

Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə daxil olan şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubova hadisənin ehtiuyatsızlıqdan baş verdiyini deyib. O bildirib ki, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq bədəninə batıb.

Şəki şəhər-rayon Polis Şöbəsinin apardığı araşdırma zamanı isə məlum olub ki, G.Yusibova əri tərəfindən bıçaqlanıb. 1978-ci il təvəllüdlü Xəyyam Yusubovun spirtli içkinin təsiri altında arvadınI bıçaqladığı müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 807


Oxşar xəbərlər