Azərbaycanda yeni vəkil büroları təsis edildi
20:38 06 Fevral 2020

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Femida.az xəbər verir ki, İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, vəkilliyə qəbul üzrə 31 yanvar 2020-ci il tarixdə keçirilmiş yazılı test imtahanının nəticələri, o cümlədən ixtisas imtahanlarının şifahi mərhələsinin gedişatı barədə məlumat verib. İclasda Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkil qurumlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı" fəaliyyəti üzrə nümunəvi daxili nəzarət sisteminin layihəsi müzakirə edilərək qəbul edilib. Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlüyünə qəbul, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, eyni zamanda, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu və "AAA" Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib. İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Femida.az
Oxunub: 1930
Oxşar xəbərlər
- Vəkil olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçib
- Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- Vəkilliyə namizədlərlə onlayn icbari təlimə başlanıldı
- Vəkilliyə namizəd olan 94 nəfər icbari təlimə buraxıldı
- Anar Bağırov hakim təyin edilən vəkillərlə görüşüb
- Vəkillər bu məhkəməyə telefonla daxil ola biləcək
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi
- Vəkillər Kollegiyasına yeni ofis binası veriləcək
- Vətəndaş vəkilə ödədiyi pulu geri tələb edə bilərmi? - HÜQUQİ ŞƏRH