Keçmiş məhkum saxlanıldı


10:22     07 Fevral 2020 terror%20hebs.jpg

Bakı şəhəri, Binəqədi rayonunda mağazalardan oğurluq edilib.


Femida.az-ın məlumatına görə, yanvarın 17-də, gecə saatlarında rayonun Ə.Naxçıvani küçəsində naməlum şəxs Sevinc Əliyevaya məxsus mağazadan qapını sıxıb açmaqla 224 manat pul və mobil telefon oğurlayıb. Eynilə, S.Axundov küçəsində Camal Şahbazova məxsus “NİVA” markalı avtomobilin kilidi qırılmaqla içərisindən maqintafon oğurlanıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş, Gəncə şəhər sakini 18 yaşlı Sərdar Pənahov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 633