AQUPDK tərəfindən bu günədək qəbul edilmiş hüquqi sənədlər - TAM SİYAHI


10:26     07 Fevral 2020 20_02_07_1581056981.jpg


Yarandığı gündən ailə-məişət məsələllərində problemlərin həllinə çalışan, dövlət tərəfindən yürüdülən qadın və uşaq siyasətinin əsas aparıcı qüvvəsi olan Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu günədək müvafiq məsələlərə dair çoxsaylı hüquqi sənədlər qəbul edib.

Femida.az Komitətəyə istinadən həmin sənədlərin tam siyahısını təqdim edir:

Qanunlar:

1. “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu (2006)
2. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu (2010)
3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2011) – minimal nikah yaşı qadınlar üçün 17-dən 18-ə qaldırıldı və hər iki cins üçün bərabərləşdirildi
4. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2011) – qadını, o cümlədən qız uşaqlarını nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edildi (maddə 176-1)
5. “Valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi” ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının qanunuları (2014)
6. Nikaha daxil olmaq istəyən şəxslərin icbari qaydada tibbi müayinədən keçməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2014)
7. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanunu (2018)

Qaydalar

1. “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2012)
2. “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2011)
3. “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (2008)
4. "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2009)
5. “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2014)
6. “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2014)

Femida.az

Açar sözlər: #AQUDPK   #ailə   #qadın   #uşaq  

Oxunub: 1373