Maştağa sakininin evindən tapança götürülüb


10:32     07 Fevral 2020 2020/02/1581056524203_TEJCbNzn_1581057259.jpg

Bakı şəhər sakinindən silah-sursat götürülüb.


Femida.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları qanunsuz silah saxlamaqla bağlı əməliyyat tədbirləri keçiriblər.

Nəticədə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş Bakı şəhər sakini 45 yaşlı E.Vahabovun evindən “TT” markalı tapança və 5 ədəd patronu olan sandıqça götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 939