Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
11:21 07 Fevral 2020
Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Femida.az-a bildirilib ki, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. "Hər bir çağırışa çevik cavab veriləcək", - TƏBİB-dən əlavə olunub.
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Seçkilərlə bağlı iclas bu tarixdə keçiriləcək - Konstitusiya Məhkəməsi açıqladı
- Seçkiyə görə baş həkimə şiddətli töhmət verildi
- Seçkilərin ilkin NƏTİCƏLƏRİ
- Seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilir - MDB müşahidə missiyasının rəhbəri
- Seçki dairələrində müşahidə üçün müraciət müddəti başa çatıb
- Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün müddət başa çatır
- Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb
- Seçkiləri müşahidə edəcək şəxslərin sayı açıqlandı
- Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müşavirə keçirilib
- Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?