“ASAN Xidmət”də təmizliyə 2 milyon manat xərclənəcək


12:20     07 Fevral 2020 asan565.jpg

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) bu il Bakıdakı 4 və 5 saylı, eləcə də Quba, Qəbələ, Bərdə, Tovuz, Şamaxı, Kürdəmir, Balakən və Ağcabədi regional “ASAN Xidmət” mərkəzlərində təmizlik işlərinin görülməsinə 1 837 295 manat xərcləyəcək.


Femida.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi açıq tenderlərin qalibləri “Super Servis”, “Servis Xidməti” və “Parlaq Məkan” MMC-lər olub.

Qalib şirkətlərə müvafiq olaraq 241 200 manat, 693 347 manat və 902 748 manat ödəniləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 815