Qubada güclü yanğın başlayıb - Helikopterlər havaya qalxdı


12:24     07 Fevral 2020 20_02_07_1581063934.jpg

7 fevral tarixində Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 635