DİN namizədlərin polisə çağırılmasına münasibət bildirdi


16:54     07 Fevral 2020 DİN.jpg

Daxili İşlər Nazirliyi (DİN) deputatlığa namizədlərin polis orqanlarına çağırılması barədə yayılan məlumatlara münasibət bildirib.



DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılır.

"Bununla əlaqədar bildirirəm ki, həmin iddiaların heç bir əsası yoxdur və bu dezinformasiyadır. Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ijtimai qaydanı qorumaq, ijtimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi - kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.

Ona görə də seçkiqabağı təşviqat prosesində ijtimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu jür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləjə də namizədin seçijilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunverijiliyə uyğun olaraq rəsmiləşdirilir, o jümlədən protokol tərtib edilir yaxud araşdırmaların nətijələri üzrə digər qərarlar qəbul olunur.

Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır".

Açar sözlər:

Oxunub: 803