Vəkillər üçün daha bir təlim keçiriləcək


16:59     07 Fevral 2020 20_02_07_1581080451.jpg


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2020-ci il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur.

Femida.az xəbər verir ki, 21.02.2020-ci il və 28.02.2020-ci il tarixdə “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, seminarlarda ekspert qismində Azərbaycan Respublikası Milli Məclis Aparatının “İnzibati və hərbi qanunvericilik” şöbəsinin müdir müavini cənab Səyyad Kərimovun cəlb olunması nəzərdə tutulur.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu (təlimin adı qeyd olunmaqla) Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına ([email protected]) göndərə bilərlər.

Qeyd: Seminarların keçiriləcəyi yerlə bağlı əlavə məlumat veriləcək. Seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1760