Metroda 1 nəfər özünü qatarın altına atdı


21:30     07 Fevral 2020 trend_metro_train_080615_003.jpg

“Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.

Femida.az xəbər verir ki, "Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikməli olub. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında bildirib ki, metroda yubanma "Nəriman Nərimanov" stansiyasında sərnişin özünün stansiya yoluna atması ilə əlaqədardır.

"Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xəttə 10 dəqiqəlik yubanma yol verilib", - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 821