Ermənistanda hərbçilər uçqun zamanı ölüb


10:41     08 Fevral 2020

Ermənistanın Syunik vilayətində 4 erməni hərbi qulluqçusu qar uçqunu altında qalıb, onlardan üçü ölüb.


Femida.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, Ermənistan ordusunun müqavilə əsasında çalışan dörd hərbi qulluqçusu uçqun altında qalıb:

"Axtarış-xilasetmə əməliyyatı nəticəsində hərbçiləri tapmaq mümkün olub. Yalnız bir nəfər sağ qalıb".

Xilas edilən Ermənistan ordusunun əsgəri yüngül bədən xəsarətləri alıb. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 673