Axtarışda olan şəxs heroinlə tutulub


10:50     08 Fevral 2020 heroin%20narkotik.jpg

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Femida.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitələrini ələ keçirmə) maddəsi ilə axtarışda olan Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü N. Babayev saxlanılıb.

N. Babayev saxlanılan zaman onun üzərindən 510 q heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 572