Daha bir qurum havaya görə iş rejimini gücləndirdi


10:55     08 Fevral 2020 azerisiq%20ixtisarr.jpg

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Femida.az -a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib, gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub.

"Toplantıda həmçinin, güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayının artırılmasına qərar verilib. İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Açar sözlər:

Oxunub: 557